İlkin məlumata görə, təyyarənin qəzaya uğramasına səbəb texniki nasazlıq olub
Əfqanıstanın Bədəxşan əyalətinin dağlarında sərnişin təyyarəsi qəzaya uğrayıb. AYNA xarici mediaya istinadən bildirir ki, qəzaya uğrayan təyyarə Moskvaya uçurmuş.
İlkin məlumata görə, təyyarənin qəzaya uğramasına səbəb texniki nasazlıq olub.
Federal Hava Nəqliyyatı Agentliyi Qoa (Hindistan) - Daşkənd (Özbəkistan) - Jukovski (Rusiya) marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirən “Falcon 10” təyyarəsinin radarlardan itdiyini açıqlayıb. Təyyarənin göyərtəsində dörd ekipaj üzvü və iki sərnişin də daxil olmaqla altı nəfər olub. Təyyarə “Falcon Athletic Group”a məxsusdur.
“Əfqanıstanda radarlardan itən “Falcon-10” biznes-reaktiv təyyarəsi Rusiyanın Mülki Təyyarələrinin Dövlət Reyestrində qeydiyyata alınıb, göyərtəsində 6 nəfər olub”, Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında qeyd edilib.