İnsident “Romanov Dvor” biznes mərkəzindəki “Wildberries” ofisinin girişində baş verib
Moskvanın mərkəzindəki “Romanov Dvor” biznes mərkəzindəki “Wildberries” ofisinin girişində atışma baş verib. baş verib. Bu barədə AYNA TASS-a istinadən bildirir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 20-30 nəfərdən ibarət qrup biznes mərkəzinin girişində şüşələri sındırmağa başlayıb. Buna cavab olaraq atəş açılıb. İlkin məlumata görə, bir nəfər ölüb, iki nəfər yaralanıb.
Polis hadisə yerinə gəlib və ərazi mühasirəyə alınıb.
Biznes mərkəzinin yanında yerləşən Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri təhlükəsizlik məqsədilə fakültə binasından bayıra buraxılmayıb.