Moldova MDB-dən tamamilə çıxacaq

Dünya

20.01.2026 - 12:44

Xarici İşlər Nazirliyi lazımi prosedurlara başlayıb

Moldovanın Xarici İşlər Nazirliyi respublikanın MDB-dən tamamilə çıxması üçün lazımi prosedurlara başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə xarici işlər naziri Mixail Popşoi Moldova Radiosuna açıqlaması zamanı danışıb.

O bildirib ki, bu, birliyə qoşulmaqla bağlı əsas sazişlərin ləğvindən sonra baş verəcək.

Baxmayaraq ki, faktiki olaraq ölkənin təşkilatda iştirakı daha əvvəl dayandırılmışdı, Moldova hüquqi baxımdan da MDB-nin üzvü olmaqdan çıxacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş