Bazanın açılışında Misir Prezidenti iştirak edib
Misir Prezidenti Əbdülfəttah əl-Sisi Aralıq dənizində - Liviya ilə sərhəddən 135 kilometr aralıdakı Masra Matruh şəhəri sahillərində strateji dəniz bazasının açılışını edib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
Prezidentin rəsmi saytında qeyd edilib ki, açılış mərasimində Əbu-Dabi vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayid əl-Nəhyan və Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Manfi iştirak ediblər.
“Yeni dəniz bazası qanunsuz miqrasiyanın qarşısını almaqla yanaşı, həmçinin Aralıq və Qırmızı dənizlər arasında naviqasiya təhlükəsizliyini möhkəmləndirəcək”, - deyə əl-Sisi açılış mərasimində vurğulayıb.
Ticarət gəmiləri üçün də ayrıca sahil ayrılmış yeni baza 10 kvadratkilometr sahədə yerləşir və burada suyun dərinliyi 14 metrdir.