Misir dövlət başçısı: "Prezident İlham Əliyevin səfəri ikitərəfli əlaqələri gücləndirəcək"

Siyasət

08.06.2024 - 14:35

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Prezidenti İlham Əliyevin səfəri ikitərəfli əlaqələri gücləndirəcək.

AYNA xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

O, həmçinin Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edib.

Əbdülfəttah əs-Sisi vurğulayıb ki, onunla Azərbaycan Prezidenti İlham Əliyev arasında aparılan danışıqlar iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.

Onun sözlərinə görə, müzakirələr zamanı regional məsələlərə diqqət yetirilib: “Qəzzaya humanitar yardımın genişləndirilməsi məsələləri də müzakirə olunub”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş