Mişel səlahiyyətlərini təhvil verib

Dünya

29.11.2024 - 22:27

Həkimlər Klinikalar SEO Xidməti

Avropa İttifaqı Şurasının rəhbəri səlahiyyətlərini təhvil verib

Avropa Şurasının rəhbəri və Belçikanın keçmiş Baş naziri Şarl Mişel öz səlahiyyətlərini Avropa Komissiyasının ikinci tərkibi Ursula fon der Lyayenin vəzifəyə başlaması ilə sinxron olaraq dekabrın 1-də işə başlayacaq portuqaliyalı Antoniu Kostaya təhvil verib.

AYNA xəbər verir ki, Avropa Şurasının Brüsseldəki iqamətgahında səlahiyyətlərin verilməsinin rəsmi mərasimi keçirilib.

Kosta bu vəzifəyə 2024-cü ilin iyununda Aİ sammitində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin səlahiyyətlərinin uzadılması ilə eyni vaxtda təyin edilib.

Müəllif: Ayna.az