“Bu kimi məsələlərlə tarixçilər məşğul olmalıdır, bu, xarici siyasət və diplomatiya məsələsi deyil”
““Erməni soyqırımı”nın tanınması məsələsi artıq Ermənistanın xarici siyasət gündəmində prioritet deyil”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Mirzoyan vurğulayıb ki, bu kimi məsələlərlə tarixçilər məşğul olmalıdır.
Nazir onu da qeyd edib ki, “bu, xarici siyasət və diplomatiya məsələsi deyil”.