Ölkəmizdə yaşayan əcnəbilərin inteqrasiyasına yönəlik təşəbbüslər formalaşdırılacaq
Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurası yaradılıb. AYNA xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "İnklüziv, Mütərəqqi və Təkmilləşdirilmiş Miqrasiya İdarəçiliyi üçün 15 illik tərəfdaşlıq" mövzusunda keçirilən tədbirdə deyib.
Xidmət rəisi qeyd edib ki, məqsəd ölkəmizdə yaşayan əcnəbilərin inteqrasiyasına yönəlik təşəbbüslər yaratmaqdır. Eyni zamanda, gələcəkdə inteqrasiya mərkəzlərinin yaradılması istiqamətində müzakirələr aparılır.