Elina Valtonen: “Bakı və İrəvanın Minsk Qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciətini müsbət qarşılayırıq”
ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Azərbaycan və Ermənistanın Minsk Qrupunun fəaliyyətinə xitam verilməsi ilə bağlı birgə qərarını alqışlayıb və bu prosesin 2025-ci ilin dekabr ayınadək yekunlaşacağına ümidvar olduğunu bildirib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, Valtonen bu barədə İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Bakı və İrəvanın Minsk Qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciətini müsbət qarşılayırıq. Ümid edirik ki, bu proses dekabr ayından gec olmayaraq başa çatacaq”, - deyə sədr vurğulayıb.