Mingəçevirdə uşaq bağçasında yanğın olub

Hadisə

21.10.2024 - 11:22

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Mingəçevir şəhərində yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli uşaq bağçasının (hazırda fəaliyyət göstərmir) dəhlizinin yanar konstruksiyaları 80 m² sahədə, dam örtüyü və tavanı 50 m² sahədə yanıb.

Uşaq bağçasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş