Mingəçevirdə cinayət

Hadisə

17.08.2025 - 19:01

Faktla bağlı araşdırmalar davam etdirilir

Avqustun 17-də Mingəçevir şəhəri N.Nərimanov küçəsində cinayət hadisəsi baş verib. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin regional qrupundan AYNA.AZ-a verilən məlumata görə, 45 yaşlı Hafis Hüseynov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 55 yaşlı Rəhim Vəliyevə bıçaqla xəsarət yetirib.

Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş