Hadisə Sahil küçəsində baş verib
Mingəçevirdə 26 yaşlı gənc bıçaq xəsarəti alıb. AYNA "Unikal"a istinadən xəbər verir ki, hadisə Sahil küçəsində baş verib.
Belə ki, qarın nahiyəsindən bıçaq xəsarəti alan 1998-ci il təvəllüdlü şəhər sakini Ülvi Vüqar oğlu Məmmədli təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Yaralı hadisənin təsadüf nəticəsində baş verdiyini qeyd edib.