Mingəçevir su anbarında batan iki nəfərin axtarışları davam etdirilir

Xəbərlər

20.02.2025 - 11:43

Həkimlər Klinikalar SEO Xidməti

Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən AYNA-ya bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşlar - 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlu və 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş