Bəybala Nəsirov Gəncədə yerləşən xəstənalardan birinə aparılıb
Qubadlıda minaya düşən şəxs əməliyyat olunub. AYNA-nın APA-ya istinadən məlumatına görə, minaya düşən 1993-cü il təvəllüdlü Tovuz rayon sakini Nəsirov Bəybala Füzuli rayonunda yerləşən hospitalda əməliyyat edilib.
Onun sol ayağı amputasiya olunub. B.Nəsirov daha sonra Gəncədə yerləşən xəstənalardan birinə aparılıb.
Qeyd edək ki, Bəybala Nəsirov ötən gün Qubadlıda yol çəkilişi zamanı minaya düşüb. Onun yol idarəsinin işçisi olduğu bildirilir.