Minaya düşən ANAMA əməkdaşının həyati təhlükəsi yoxdur

Hadisə

30.08.2022 - 15:02

Həkimlər Klinikalar SEO Xidməti

Agentlikmina partlayışı nəticəsində yaralanan bələdçinin vəziyyəti barədə açıqlama yayıb

2022-ci il 30 avqust tarixində ANAMA-nın minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin məlumatında qeyd olunub.

Nəticədə, Hüseynov Nəcməddin Abdulla oğluna yerində Agentliyin paramedikləri tərəfindən ilkin tibbi yardım göstəriləndən sonra Füzuli rayon xəstəxanasına yerləşdirilib. Hal-hazırda vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.

Qurum vətəndaşları bədbəxt hadisələrlə üzləşməmək üçün daha diqqətli olmağa çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş