Milli Hərəkatçılar Birliyindən Rusiyaya etiraz

Xəbərlər

09.02.2024 - 16:54

“Rusiyanın bəzi siyasi dairələrinin Azərbaycana imperialist, şovinist mūnasibəti hələ də davam etməkdədir”

Milli Hərəkatçılar Birliyinin (MHB) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucu liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin dövlət səviyyəsində keçirilməsindən narahat olan Rusiya rəsmilərinə etiraz bəyanatı yayıb. Bu barədə Birlikdən AYNA-ya daxil olan məlumatda qeyd edilib.

Bildirilib ki, Rusiyanın bəzi siyasi dairələrinin Azərbaycana imperialist, şovinist mūnasibəti hələ də davam etməkdədir: “Bu münasibət Lavrov, Zatulin, Zaxarova kimi dövlət rəsmilərinin çıxış və bəyanatlarında tez-tez özünü göstərir. Bu yaxınlarda sonuncunun Rəsulzadənin 140 illik yubileyinin Azərbaycanda dövlət səviyyəsində keçirilməsi haqqında danışarkən, yenə də həddini aşdığının,  Azərbaycan dövlətinə tövsiyələr verdiyinin şahidi olduq. Biz MHB olaraq bu yanaşmanı qətiyyətlə rədd edir, qınayır, suverenliyimizə hörmətsizlik olaraq qəbul edirik. Xatırlatmaq istərdik ki, son iki yūz ildə Azərbaycan xalqı 1918 - 1920-ci illərdə olduğu kimi heç vax Rusiyanın işğalçı siyasəti ilə barışmamiş, Cavad Xan, Rəsulzadə, Elçibəy  və neçə-neçə liderlərimizin timsalında bir an olsun istiqlal mübarizəsinə ara verməmişdir. Bu mübarizənin son örnəkləri hamımızın yaxşı xatirindədir.  Sizin daim hədəf aldiginiz Azərbaycan-Tūrk milliyətçiləri, azadlıqsevərlər “toxunulmaz” dediyiniz Sovet sərhədlərini darmadağın etmiş,  20 Yanvarda "məğlubedilməz" ordunuza yalın əllə qalib gələrək sonradan ölkəmizdən qovmuş, rublunuzu dövriyyədən çıxarmış və bənzəri addimlarla əsarətdə saxlamağa çalişdiginiz bùtūn xalqlara örnək olmuşdur. Torpaqlarımızın işğal altında olduğu bütün dövr ərzində rus şovinizmi  5+2 formulu ilə “məsləhətlərindən” vaz keçməmişdir. Xalqımız və dövlətimiz bu “tövsiyələrə” işğal altındakı bütün torpaqlarımızı azad edərək layiqli cavab vermişdir”.

“Bütün bunlardan dərs çıxarmayan, Ukraynada bataqlığa saplanan, mővqe döyüşlərindəki kiçik  “zəfər”lərə möhtac olan rus şovinizminə məsləhət görərdik ki, başqa dövlətlərin daxili işlərinə qarışmaqdansa, Rusiya üçün bir nömrəli prioritet olan "yumurta problemi"nin həllinə köklənsələr həm qonşu rus xalqına, həm də bəşəriyyətə daha faydalı olarlar. MHB hesab edir ki, bu yanaşma yalnız Rəsulzadənin şəxsi ilə baglı olmayıb, dövlətimizin milli yöndə ata biləcəyi addımların qarşısını almağa hesablanıb. Amma bu hədsizliyə  nə cəmiyyətimiz, nə də rəsmilərimiz hələ də lazımi cavabı verməyib. Bundan sonra verəcəyimiz cavab sözlə deyil əməli addimlarla olmalıdır. Biz dövlətimizin Rəsulzadə ilə bağlı qərarını müsbət sayırıq və bu yöndə zəruri ehtiyaclarımız olduğu qənaətindəyik. Belə ki, Cümhuriyyətimizin butūn qurucularının adları əbədiləşdirilməli, yubileyləri dövlət, millət tərəfindən keçirilməli, həyat və fəaliyyətləri tədris, təbliğ edilməlidir”, - deyə bəyanatda qeyd olunub.

Bununla yanaşı, vurğulanıb ki, mənalı ömrünü rus imperializminə qarşı mübarizəyə, millətimizin birləşməsinə həsr etmiş Elçibəyin adının əbədiləşdirilməsi istiqamətində addımların atılmasına da ehtiyac var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş