Millət vəkilindən pandemiya dönəmində növbəti nəcib addım

Xəbərlər

08.04.2020 - 21:46

Həkimlər Klinikalar SEO Xidməti

Tovuz sakinlərinə tibbi maska, spirt, gel və digər dezinfeksiyaedici vasitələr göndərilib

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva və bəzi tovuzlu ziyalılar Tovuz rayonunun 105 saylı seçki dairəsi ərazisində yaşayan 200-dən çox ailəyə, şəhid ailələrinə, tənha yaşayan yaşlı şəxslərə və koronavirus pandemiyası ilə bağlı maddi vəziyyətləri ağırlaşan ailələrə koronavirus pandemiyasından qorunmaq üçün tibbi ləvazimatlar və yardım göndərib.

 

AYNA-ya bu barədə millət vəkilinin köməkçisi İlqar Kərimov məlumat verib. O bildirib ki, yardım koronavirus pandemiyasından qorunmaq üçün tibbi maska, spirt, gel və digər dezinfeksiyaedici vasitələrdən, həmçinin ərzaq paketlərindən ibarətdir.

 

İ.Kərimov yardımların 200-dən çox şəhid ailəsi, aztəminatlı insanlara, eləcə də tənha şəxslərə çatdırıldığını bildirib: “Yardım göstərilən ailələrlə maarifləndirici söhbətlər də aparılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyin öz səhhətləri üçün nə qədər vacib olduğu izah edilib”.

 

“Həmçinin"Bakı Tekstil Fabriki" Qənirə xanımın xahişi və təşəbbüsü  ilə Tovuz rayonunda yaşayan şəhid ailələri, müharibə əlilləri, qazilər, tənha şəxslər, aztəminatlı ailələr üçün 3000 maska hədiyyə edib. Fabrikin istehsalı olan maskalar artıq Tovuz rayonuna göndərilib, artıq sakinlərə paylanılır”, - deyə Kəimov vurğulayıb.

 

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bundan öncə 105 saylı Tovuz seçki dairəsinin ərazisində yerləşən 600-dək Qarabağ müharibəsi veteranı, Qarabağ əlili, şəhid ailələri, tənha yaşayan yaşlı şəxslərə və koronavirus pandemiyası ilə bağlı maddi vəziyyətləri ağırlaşan ailələrə  koronavirus pandemiyasından qorunmaq üçün tibbi-gigiyenik vasitələr və ərzaq göndərmişdi. Bu dəstəklərin həyata keçirilməsində bəzi tovuzlu iş adamları və ziyalılar da bu aksiyada fəal iştirak ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş