"Milan" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

İdman

01.11.2022 - 01:29

Həkimlər Klinikalar SEO Xidməti

Əvvəlki müqavilə 2023-cü ilin iyununda başa çatmalı idi

İtaliya "Milan"ı baş məşqçisi Stefano Pioli ilə yeni müqavilə imzalayıb.

AYNA klubun rəsmi saytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssislə sözləşmənin müddəti 2025-ci ilin yayınadək uzadılıb.

Onun əvvəlki müqaviləsi 2023-cü ilin iyununda başa çatmalı idi.

Qeyd edək ki, "Milan" ötən mövsüm Stefano Piolinin rəhbərliyi altında A Seriyasının qalibi olub. Hazırda komanda 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Qırmızı-qaralar" lider "Napoli"dən 6 xal geri qalır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş