Hadisə nəticəsində xəsarət alan 17 nəfər Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub
Bu gün səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə dərhal 5 təcili yardım briqadası göndərilib. Hadisə nəticəsində xəsarət alan 17 nəfər (16 qadın, 1 kişi cinsli olmaqla) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. AYNA xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında deyilir.
Qeyd olunub ki, yaralılara müvafiq tibbi xidmətlər göstərilib: “Belə ki, 1965-ci il təvəllüdlü şəxsə (kişi cinsli) hər iki dizin küt travması, 1958-ci il təvəllüdlü şəxsə (qadın cinsli) sağ kürək sümüyünün sınığı, 2007-ci il təvəllüdlü şəxsə (qadın cinsli) sinə və dizin küt travması, 1957-ci il təvəllüdlü şəxsə (qadın cinsli) sağ qamış sümüyünün 1/3 sınığı, 1961-ci il təvəllüdlü şəxsə (qadın cinsli) gicgah nahiyəsinin sıyrılmış yarası, 1965-ci il təvəllüdlü şəxsə (qadın cinsli) sol kürək sümüyünün və qabırğaları sınığı, 1956-cı il təvəllüdlü şəxsə (qadın cinsli) sağ diz sümüyünün aşağı 1/3 hissəsinin sınığı, 1966-cı il təvəllüdlü şəxsə (qadın cinsli) sağ bazu sümüyünün aşağı 1/3 hissəsinin yerdəyişən sınığı, 1960-cı il təvəllüdlü şəxsə (qadın cinsli) bel nahiyəsinin qapalı küt travması, 1980-cı il təvəllüdlü şəxsə (qadın cinsli) alın nahiyəsinin kəsilmiş yarası, 1971-ci il təvəllüdlü şəxsə (qadın cinsli) alın-təpə nahiyəsinin sıyrılmış yarası, 1982-ci il təvəllüdlü şəxsə (qadın cinsli) baş və çənə nahiyəsinin küt travması, 2006-cı il təvəllüdlü şəxsə (qadın cinsli) burun-dodaq nahiyəsinin küt travması, 2009-cu il təvəllüdlü şəxsə (qadın cinsli) sol bud sümüyünün aşağı 1/3 hissəsinin sınığı, 1964-cü il təvəllüdlü şəxsə (qadın cinsli) sinə və başın küt travması, 1974-cü il təvəllüdlü şəxsə (qadın cinsli) döş qəfəsinin küt travması, sol qolun sınığı, 1965-ci il təvəllüdlü şəxsə (qadın cinsli) hər iki baldır nahiyəsinin küt travması diaqnozu qoyulub. Onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri stabildir, müalicələri davam etdirilir”.