Məzarları köçürülən şəhidlərin yaxınları: “Bura elə yerdir ki…” - <font color=red> VİDEO</font>

Cəmiyyət

31.01.2021 - 16:45

Həkimlər Klinikalar SEO Xidməti

“Orada şəhidləri öz ailələrindən başqa heç kim ziyarət etmirdi”

 

Xəbər verdiyimiz kimi, son günlərdə bəzi sosial şəbəkələrdə ümumşəhər qəbiristanlığı ilə bağlı yayılan söz-söhbətlərə nəhayət, son qoyuldu. Sözügedən qəbiristanlıqda vaxtı ilə dəfn edilən 18 vətən müharibəsi şəhidinin məzarı Yasamalda yerləşən Şəhidlər Xiyabanına köçürüldü.

 

AYNA xəbər verir ki, şəhid yaxınları öz hisslərini “Baku” TV ilə bölüşüblər.

 

Şəhid qardaşı Elnur Həsənov bildirib ki, qardaşının şəhidlərə qismən layiq olmayan yerdə dəfn olunması onu çox narahat edirdi: “Hazırda çox məmnunuq, sevincimizin həddi-hüdudu yoxdur. Bura elə yerdir ki, səhərdən izdiham görünür. Hamı gəlib şəhidləri ziyarət edir. Amma ora elə yer idi ki, orada şəhidləri öz ailələrindən başqa heç kim ziyarət etmirdi”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş