Meymunçiçəyinin pandemiyaya çevrilmə ehtimalı varmı?

Aktual

31.05.2022 - 08:21

Həkimlər Klinikalar SEO Xidməti

ÜST: Hələlik pandemiyaya görə narahat olmağa dəyməz

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, hələlik meymunçiçəyinin Afrikadan kənarda intensiv yayılaraq pandemiyaya çevriləcəyinə görə narahatlığa əsas yoxdur. AYNA-nın xəbərinə görə, qurumun meymunçiçəyi üzrə baş eksperti Rozamund Levis deyib: “Hələlik pandemiyaya görə narahat olmağa dəyməz. Bu xəstəliyin qarşısını geniş yayılmadan almaq mümkündür”.

ÜST bildirir ki, mayın 7-də Britaniyada ilk dəfə üzə çıxdıqdan sonra dünya üzrə 400-dək yoluxma faktı qeydə alınıb. Bu rəqəm narahatverici olsa da, narahatlığa əsas yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş