Faktla bağlı şübhəli şəxs ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir
Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb. AYNA-ya bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, BŞBPİ-nin Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də metronun 28 may metro stansiyasında A.Ə-nın içərisində 80 manat və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 55 yaşlı A.Niyazov tutulub.
Faktla bağlı şübhəli şəxs ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onun digər analoji əməllərdə iştirakı istisna olunmur.