Metro stansiyası yaxınlığında yanğın başlayıb

Xəbərlər

17.02.2022 - 13:53

Həkimlər Klinikalar SEO Xidməti

Yanğınsöndürmə işləri davam etdirilir

“Ulduz” metro stansiyasının yaxınlığında yanğın başlayıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunda metronun “Ulduz” stansiyasının yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. İlkin məlumata əsasən, təqribən 50 kvadratmetr sahədə məişət tullantıları və mazut qalıqları yanır.

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş