"Atletiko" İspaniya Superkubokunun finalına çıxdı

İdman

10.01.2020 - 01:53

"Atletiko" İspaniya Superkubokunun finalında Madrid "Real"ı ilə qarşılaşacaq

 

Ciddədə (Səudiyyə Ərəbistanı) "Kral Abdulla Sports Siti" stadionunda İspaniya Superkubokunun ikinci yarımfinal matçı keçirilib.

 

AYNA xəbər verir ki, matçda “Barselona” və "Atletiko" komandaları qarşılaşıblar. Oyun Madrid komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

"Atletiko"nın heyətində ilk qolun müəllifi ikinci hissənin başlanğıcında Koke olub. Beş dəqiqə sonra "Barselona"nın hücumçusu Messi hesabı bərabərləşdirib. Antuan Qrizmann ikinci hissənin ortalarında hesab arasındakı bərabərliyi aradan qaldırıb. Lakin kataloniyalıları növbəti dəfə Alvaro Morata (penaltidən) və Anxel Korrea məyus ediblər.

 

"Atletiko" İspaniya Superkubokunun finalında Madrid "Real"ı ilə qarşılaşacaq. Matç yanvarın 12-də Ciddədə "Kral Abdulla Sports Siti" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Müəllif: Ayna.az