Teymur Rəcəbov Karlsenlə heç-heçə etdi

İdman

15.03.2021 - 06:09

Həkimlər Klinikalar SEO Xidməti

Digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə Firuzca, Karlsen və Quixarroya məğlub olub

 

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü - “Meltvater” turnirinin ikinci yarış gününün oyunları keçirilir.

 

AYNA xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov Maqnus Karlsenlə üz-üzə gəlib. Şahmatçımızın dünya çempionuna qarşı ağ fiqurlarla mübarizəsi heç-heçə ilə başa çatıb.

 

T.Rəcəbov əvvəlki dörd turda amerikalı Hikaru Nakamurla, niderlandlı Yorden Van Forestlə heç-heçə edib, növbəti oyunlarda fransalı Maksim Vaşye-Laqrav və FIDE təmsilçisi Alireza Firuzcaya məğlub olub.

 

Turnirdə mübarizə aparan digər təmsilçimiz Şəhriyar Məmmədyarov ardıcıl FİDE təmsilçisi Alireza Firuzca, Maqnus Karlsen, ispaniyalı David Anton Quixarroya məğlub olub. O, sonrakı qarşılaşmada - 9-cu turda isveçli Nils Qrandelius üzərində qələbə qazanıb. Şahmatçımız son turda niderlandlı Aniş Giri ilə mübarizə aparır.

Müəllif: Ayna.az