Məşhəddə daşqınlarda 7 İraq vətəndaşı ölüb

Dünya

30.07.2022 - 22:48

Daha 3 İraq vətəndaşının itkin düşdüyü bildirilir

Məşhəddə daşqınlar nəticəsində 7 İraq vətəndaşı həlak olub. AYNA-nın APA-ya istinadən məlumatına görə, bu barədə İranın Xorasan Rəzəvi valiliyi məlumat verib.

 

Məlumatda qeyd olunur ki, daha 3 İraq vətəndaşı itkin düşüb. İraq vətəndaşlarını daşıyan mikroavtobus Məşhəd yaxınlığında yerləşən Mayamidən Çenarək kəndinə gedərkən leysan yağışları və daşqınlar səbəbindən aşıb, avtobusda olanlardan 7 nəfər həyatını itirib.

Müəllif: Ayna.az