Bir milyondan çox fərdi sahibkar qeydiyyatdan keçib

İqtisadiyyat

18.10.2020 - 12:06

Fәrdi sahibkarların 78,7 faizini kişilәr, 21,3 faizini isә qadınlar tәşkil edib

 

2020-ci ilin yanvar-sentyabr ayları ərzində hüquqi şәxs yaratmadan sahibkarlıq fәaliyyәti ilә mәşğul olmaq üçün qeydiyyatdan keçmiş fәrdi sahibkarların sayı 1 milyonu keçib.

 

Dövlət Statistika Komitəsindən AYNA-ya verilən məlumata görə, hesabat dövründә hәr dörd fәrdi sahibkardan üçü “kәnd tәsәrrüfatı, meşә tәsәrrüfatı vә balıqçılıq”, “ticarәt, nәqliyyat vasitәlәrinin tәmiri”, “digәr sahәlәrdә xidmәtlәrin göstәrilmәsi” vә “nәqliyyat, anbar tәsәrrüfatı” sahәlәri üzrә qeydiyyatdan keçib.

 

Sahibkarlıqla mәşğul olmaq niyyәtindә olan fәrdi sahibkarların әsas hissәsi Bakıda (291,5 min nəfər və ya 28 faiz), Aran iqtisadi rayonu üzrə (224,5 min nəfər  və ya 21,6 faiz), Gәncә-Qazax iqtisadi rayonu üzrə (142,8 min nəfər və ya 13,7 faiz) vә Lәnkәran iqtisadi rayonu üzrə (99,7 min nəfər min nəfər) qeydiyyata alınıb. Fәrdi sahibkarların 78,7 faizini kişilәr, 21,3 faizini isә qadınlar tәşkil edib.

Müəllif: Ayna.az