Hərracda tələb 110 milyon dolları keçib
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Bankdan AYNA-ya bildirilib ki, hərracda tələb 110,5 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Tələbin nisbətən yüksək olması cari həftənin çərşənbə axşamının qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır.