Mərkəzi Bank valyuta ehtiyatlarını 28 faiz artırıb

İqtisadiyyat

01.04.2024 - 18:06

Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 654,4 milyon ABŞ dolları təşkil edib

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 654,4 milyon ABŞ dolları təşkil edib. AYNA xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Məlumata görə, bu, martın 1-i ilə müqayisədə cüzi çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 3,6%, son bir ildə isə 27,6% artıb.

Müəllif: Ayna.az