Hadisə şəxsi münasibətlər zəminində baş verib
İyunun 19-da paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1997-ci il təvəllüdlü Talıbov Adil Xəyal oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvvəllüdlü Süleymanlı Mətləb Müşfiq oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.