Mərdəkanda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb

Xəbərlər

23.07.2025 - 12:56

FHN dalğıcları Mərdəkanda batmış gəncin meyitini tapıb

Mərdəkanda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb.

Bu barədə AYNA.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Axtarışlar nəticəsində dənizdə batmış 2007-ci il təvəllüdlü İsmayılov Məhəmməd Oruc oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş