Qalmaqal böyüyür"/>

"Mən artistəm, mənə hər şey olar" - <font color=red> Qalmaqal böyüyür</font>

Mədəniyyət

27.08.2019 - 09:21

Həkimlər Klinikalar SEO Xidməti
Onlar bildi ki, mənim üçün əxlaq önəmlidir
 
Müğənni Nadir Qafarzadənin Türkiyənin Kırıkkale bölgəsində 38 yaşlı Emine Bulutun keçmiş həyat yoldaşı tərəfindən dəhşətli şəklildə övladının gözü qarşısında öldürülməsi barədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. 
 
Hadisə haqqında danışan ifaçı “Bu hadisə qeyrətsizlik səbəbindən baş veribsə, ərinin onun başını kəsməsi düzdür. Pis qadının başı kəsilməlidir. Əgər qadın pozğunluq edirsə, kişi ona dözməlidir?”, - deyə bildirib.
 
Onun sözləri sosial şəbəkədə rezonans doğurub. Ifaçıya haqq qazandıranlar olduğu qədər onu təhqir edənlər də az olmayıb. Hətta Nadir barədə cinayət işinin açılmasını və ona efir qadağası qoyulmasını da tələb ediblər. 
 
AYNA xəbər verir ki, yaşananlar barədə Nadir Qafarzadə musavat.com saytına danışıb. 
 
O, bildirib ki, əxlaqsız insanlar cəzalandırılmalıdır: 
 
“Mən təmiz həyat yaşayıram, ailəm nümunəvidir. Insanlar məni sevir, ailəmi tanıyır. Mənim bir pis işim yoxdur ki, susub oturum. Əxlaqsızlar xalqımı pis yola çəkir, ailəmlə küçəyə çıxa bilmirəm. Şəhərin mərkəzi əxlaqsızlarla doludur, onların içinə ailəmi necə çıxarım?
 
Əxlaqsızların cəzalandırılması lazımdır. Mənim sözlərimi başqa tərəfə yozanlar əxlaqsızların “əlini yuyanlardır”. Onlar fahişələri dəstəkləyirlər. Mən isə ölkəyə lazımam, insanlara xeyrim dəyir. Onlar isə bizi ancaq biabır edirlər. it itin ayağını tapdalamaz. Guya mənə efir qadağası qoyulsa nə olacaq? Onsuz da efirlərə çox çıxmıram. Düz əməlli verilişlərimiz qalıb ki? Mən qətli, cinayətkarlığı təbliğ etmirəm. Sadəcə insanların namusunu, əxlaqını pozanlara cəza istəyirəm. 
 
Elə bilirsiniz ki, məni dəstəkləyənlər olmadı? Yaxşı oğlanlar, yaxşı qızlar mənim fikirlərimi dəstəklədi. Onlar bildi ki, mənim üçün əxlaq önəmlidir”.
 
Qafarzadə aktyor Kamran Ağabalayevin “Botoks dodaqlardan çıxan “kişi pis qadının başını kəsər” ifadəsi bir az şey çıxır, yəni zad çıxır!” sözlərinə də münasibət bildirib: “Mən artistəm, mənə hər şey olar. O sözü əsl aktyor deyə bilməz, deməli, o qeyri-peşəkardır. Mən Kamranı tanımıram, o obrazdan-obraza girmir, rolu üçün nələrsə etmir? Yaxşı aktyor olsaydı, tanıyardım. Aktyor var ki, epizodik rolla hamı onu tanıyır. Deməli, Kamran yaxşı aktyor deyil. Məni isə bütün Azərbaycan tanıyır, sevir. Mən Azərbaycan mədəniyyətində tarix yaratmışam”. 
Müəllif: Ayna.az