Tanınmış aktyor vəfat etdi

Mədəniyyət

01.08.2019 - 03:24

Özü də bilmədən daha əvvəl 4 dəfə mini infarkt keçirib

 

Tanınmış aktyor, parodiyaçı Həsən Cəbrayılov vəfat edib. AYNA APA-ya istinadən xəbər verir ki, 1949-cu il təvəllüdlü H. Cəbrayılov bu gün səhər saatlarına müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Yaxınlarının bildirdiyinə görə, 70 illik yubileyini bu yaxınlarda qeyd edən sənətçi bir neçə gün əvvəl ürək çatışmazlığı səbəbilə xəstəxanaya aparılıb və əməliyyat olunub

 

Bu barədə mərhumun dostu, musiqiçi Abbasqulu Nəcəfzadə məlumat verib. Onun sözlərinə görə, H.Cəbrayılov 4 gün əvvəl işdən evə gedən zaman yolda infarkt keçirib və təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Əməliyyatı edən həkim bildirib ki, Həsən Cəbrayılov özü də bilmədən daha əvvəl 4 dəfə mini infarkt keçirib.

 

Mərhumun yas mərasimi yaşadığı Yasamal rayonunda keçiriləcək.

 

Qeyd edək ki, mərhum Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) çalışırdı.

Müəllif: Ayna.az