Meloni: “İtaliya hələlik Aİ-nin çoxillik büdcəsini dəstəkləməyəcək”

Dünya

26.11.2026 - 22:47

“Bu təklifə "yox" deyirik, çünki verdiyimizdən daha az şey alırıq"

İtaliyanın Baş naziri Giorgia Meloni ölkəsinin bu mərhələdə Avropa İttifaqının (Aİ) çoxillik büdcəsini dəstəkləməyəcəyini açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Meloni Aİ büdcəsinin müzakirəsinə həsr olunmuş fövqəladə sammitdən əvvəl vurğulayıb ki, bu məsələ ilə bağlı qərar hələ çox uzaqdır.

Meloni mətbuat konfransında bildirib ki, "Həll yolundan uzaqdayıq. Bu təklifə "yox" deyirik, çünki verdiyimizdən daha az şey alırıq".

O, heç bir müddət müəyyən etmədiyini, lakin müəyyən şərtlər irəli sürdüyünü və hələlik nikbin olmadığını vurğulayıb.

Aİ-nin 2028-2034-cü illər üçün yeddi illik büdcə planı ilə bağlı heç bir güzəşt yoxdur. Şimali Avropa ölkələri onu azaltmaqda israrlıdır, Cənubi və Şərqi Avropa ölkələri isə təklif olunan planı qeyri-kafi hesab edirlər. Bir neçə Şərqi Avropa ölkəsi yeni vergilərin tətbiqinə qarşı çıxıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş