Məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub
Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər. AYNA.AZ APA-ya istinadən məlumat verir ki, hadisə Salyan rayonunun Noxudlu kənd orta məktəbində baş verib.
İlkin məlumata görə, 10 şagirdin, 2 əməkdaşın məktəbi qızdırmaq üçün istifadə olunan yanacağın tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub. Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər: “Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır".
Salyan Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, orta məktəbində 17 nəfər tüstüdən zəhərlənib.