Meksikada 3,5 ton kokain daşıyan sualtı qayıq ələ keçirilib

Dünya

28.06.2025 - 14:56

cedabet dərman SEO Xidməti

Harfuş: "Üç xarici vətəndaş saxlanılıb"

Meksika Hərbi Dəniz Qüvvələri göyərtəsində 42 milyon dollardan çox dəyəri olan 3,5 ton kokain olan sualtı qayığı ələ keçirib.

AYNA.AZ xəbər verir ki, bu barədə İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri Omar Qarsiya Xarfuş məlumat verib.

"Hərbi Dəniz Qüvvələri Nazirliyi Qerrero ştatı sahillərində göyərtəsində 3,5 tondan çox kokain olan gəmini ələ keçirib. Üç xarici vətəndaş saxlanılıb", - Harfuş bildirib.

O qeyd edib ki, Meksikada prezident Klaudiya Şeynbaum hökuməti vəzifəyə başladığı 2024-cü ilin oktyabr ayının əvvəlindən dənizdə keçirilən əməliyyatlar zamanı ümumilikdə 44,8 ton kokain müsadirə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş