Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

Xəbərlər

10.04.2024 - 10:37

cedabet dərman SEO Xidməti

“Bu mübarək bayram günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirirəm”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan bayramı ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edib.

AYNA xəbər verir ki, paylaşımda deyilir: “İnsanların qəlbini, düşüncəsini nurlandıran, onları xoş əməllərə dəvət edən müqəddəs Ramazan ayının başa çatması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirirəm. Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Ramazan bayramınız mübarək!”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş