Mehriban Əliyeva azərbaycanlı şahmatçını təbrik edib

Xəbərlər

29.04.2024 - 20:56

Birinci vitse-prezident: "Əməyinə və iradənə görə çox sağ ol!"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı Ülviyyə Fətəliyevanı təbrik edib.

AYNA xəbər verir ki, təbrik Birinci vitse-prezidentin rəsmi instaqram səhifəsində paylaşılıb.

"Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!", - paylaşımda deyilir.

Müəllif: Ayna.az