Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Cəmiyyət

09.07.2022 - 11:48

Həkimlər Klinikalar SEO Xidməti

Birinci vitse-prezident: "Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram!"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

AYNA xəbər verir ki, təbrikdə deyilir:

"Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər kəsin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Allah bu mübarək bayram günlərində kəsilən bütün qurbanları qəbul etsin!".

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş