Mehriban Əliyeva Arif Paşayevi təbrik edib

Xəbərlər

15.02.2024 - 13:54

Birinci vitse-prezident akademikin 90 illik yubileyi ilə bağlı paylaşım edib

Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva akademik Arif Paşayevin 90 illik yubileyi ilə bağlı paylaşım edib.

AYNA xəbər verir ki, paylaşımda deyilir:

“Gözəl ata, qayğıkeş baba, nurlu, mehriban İnsan! 90 illik yubileyin mübarək! Sənə möhkəm cansağlığı və gözəl əhvali-ruhiyyə arzulayıram! Uca Tanrı səni bütün qada-balalardan hifz etsin! Səni çox sevirik! Ömrün uzun olsun! Allah bütün valideynləri qorusun!”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş