Mehriban Ələkbərzadəyə vəzifə verildi

Mədəniyyət

13.05.2023 - 16:21

Əməkdar incəsənət xadimi Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib

Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib.

AYNA xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli qərar imzalayıb.

Mədəniyyət nazirinin müvafiq əmri ilə Akademik Milli Dram Teatrının rəhbərliyinə gətirilən Mehriban Ələkbərzadə indiyədək çoxsaylı tamaşa və ekran əsərlərinin müəllifi və rejissorudur, Gənc Tamaşaçılar Teatrının və Yuğ Teatrının baş rejissoru vəzifələrində çalışıb.

Müəllif: Ayna.az