Yaqub Zurufçu “Qurd qapısı”nda dəfn edilib

Mədəniyyət

15.09.2021 - 14:17

Birinci vitse-prezident Mehriban Əliyeva dəfn mərasiminə əklil göndərib

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Sənətçi mərhum Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) məzarları yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Y.Zurufçu ötən gün “Yeni klinika”da koronavirus infeksiyasından dünyasını dəyişib.

Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Y.Zurufçunun dəfn mərasiminə əklil göndərib.

Müəllif: Ayna.az