İşə Nizami Rayon Məhkəməsində baxılıb
Nizami Rayon Məhkəməsi tərəfindən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublun barəsində həbs qətiman tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. AYNA xəbər verir ki, məhkəmənin qərarı ilə T.Yaqublunun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, T.Yaqublu Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə təqsirləndirilir.