Məhkəmə İlqar Məmmədovun tələbini təmin etməyib

Xəbərlər

12.05.2022 - 16:24

Həkimlər Klinikalar SEO Xidməti

Partiya sədri kompensasiya üçün Ali Məhkəməyə şikayət verəcək

Bu gün Bakı Apellyasiya Məhkəməsi Respublikaçı Alternativ (ReAl) Partiyasının sədri İlqar Məmmədovun maddi kompensasiya tələbəni təmin etməyib. AYNA xəbər verir ki, bu barədə ReAl Partiyasından bildirilib.

Xatırladaq ki, Ali Məhkəmə Plenumunun İlqar Məmmədov haqqında verdiyi bəraət qərarı mənəvi kompensasiyanı təyin etmişdi, amma maddi kompensasiya ilə bağlı aşağı instansiya məhkəməsində iddia qaldırılmasının zərurətini qeyd etmişdi.

İlqar Məmmədov həbsdə qaldığı 5,5 il müddətə görə 53 min 757 manatlıq maddi kompensasiya tələbini  məhkəməyə ötən il göndərib. Bu ilin fevralında isə Nəsimi Rayon Məhkəməsi onu rədd etmişdi.

"Dövlət Vergi Xidmətinin saytından ödənilimiş vergilərlə bağlı çıxarış da daxil olmaqla mötəbər sübutlar təqdim edilsə də, Apellyasiya Məhkəməsi sənədləri diqqətə almayıb, sayta isə ümumiyyətlə baxmaqdan da imtina edib", - ReAl Partiyasından bildirilib.

İlqar Məmmədov deyib ki, məsələ ilə bağlı indi Ali Məhkəməyə də şikayət veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş