Yanğınsöndürmə işləri əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Şamaxı rayonunun Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Bu barədə AYNA-ya FHN-dən bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir.