MEDİA Müşahidə Şurasının tərkibi təsdiq edilib

Xəbərlər

24.01.2024 - 15:09

Prezident İlham Əliyev Sərəncam imzalayıb

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

AYNA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” (MEDİA )publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

İsmayılov Dağbəyi Mirzəxan oğlu

Müşahidə Şurasının üzvləri:

Əliyev Vüqar Zifər oğlu

Mehrəliyeva Şəfəq Akif qızı

Mikayılova Sevil Əlirazı qızı

Şıxlinski Elçin İsmayıl oğlu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş