Fazil Talıbov: “Yeni mənzil proqramı Vətən müharibəsinin iştirakçılarına, şəhid ailələrinə şamil ediləcək”
“Artıq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan evlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi ilə bağlı işlərə başlanılıb”.
AYNA xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Talıbov bildirib ki, yeni mənzil proqramı Vətən müharibəsinin iştirakçılarına, şəhid ailələrinə şamil ediləcək.
“Aidiyyəti qurumlarla proqramların hazırlanması və icrası istiqamətində detallar müzakirə olunacaq. Bu barədə geniş məlumat veriləcək. Məcburi köçkünlər Qarabağa qayıtdıqdan sonra mənzillərlə bağlı məsələyə də baxılacaq”, - deyə nazirlik rəsmisi vurğulayıb.