Mask Tramp haqqında yazdıqlarından peşman olub

Dünya

11.06.2025 - 18:22

cedabet dərman SEO Xidməti

"Keçən həftə Prezident Donald Tramp haqqında yazdığım bəzi yazılara görə təəssüflənirəm”

Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampa həsr etdiyi bir neçə paylaşımdan təəssüfləndiyini bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə milyarder “X” hesabında yazıb.

"Keçən həftə Prezident Donald Tramp haqqında yazdığım bəzi yazılara görə təəssüflənirəm. Çox irəli getdim", - Mask qeyd edib.

Xatırladaq ki, Tramp və Mask iyunun 5-də sosial mediada sərt açıqlamalar veriblər. Mask demişdi ki, onun dəstəyi olmasaydı, Tramp 2024-cü ilin noyabrında keçirilən seçkilərdə qalib gələ bilməzdi. Milyarder Trampın xərclərinin azaldılması ilə bağlı qanun layihəsini və Prezidentin tətbiq etdiyi idxal rüsumlarını tənqid etmişdi və Amerika iqtisadiyyatının resessiya olacağını proqnozlaşdırmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş