Masazırın bir hissəsində işıq olmayacaq

Xəbərlər

31.05.2026 - 08:49

Elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bu gün Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kilovoltluq “Masazır” yarımstansiyasında təmir-təftiş işləri həyata keçiriləcək.

“Azərişıq” ASC-dən AYNA.AZ-a bildirilib ki, bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş