Masazırda ev yanıb

Hadisə

19.07.2024 - 12:14

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Abşeron rayonunun Masazır qəsəbəsində yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, ümumi sahəsi 240 m² olan birmərtəbəli, 4 otaqlı, mansarda tipli, tikintisi başa çatmayan evdə mansardanın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş